BAKI, 19 may. TELEQRAF

Mənzil təminatında ayrıseçkilik yolverilməzdir, bu, əsas qanundur.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Kifayət qədər Mənzil Hüququ üzrə Xüsusi Məruzəçisi, universitet professoru Kolda Kasla WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində panel sessiyada deyib.

O bildirib ki, mənzil təminatı müəyyən səviyyəyə çatandan sonra da işləri dayandırmaq olmaz.

"Müəyyən nailiyyətlər əldə edildikdə bununla kifayətlənməli deyilik", - o vurğulayıb.