BAKI, 18 may. TELEQRAF

“WUF14-də bütün dostlarımızı gözləyirik”.

Teleqraf xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində Meksika pavilyonunun açılışında deyib.

Klara Bruqada bildirib ki, növbəti forum tərəfdaşlığın daha da gücləndirilməsi üçün mühüm imkan yaradacaq:

“Biz şəhərlərin gələcəyi ilə bağlı yeni baxışların formalaşdırılması üzərində çalışırıq. Mexiko hər zaman çoxtərəfli əməkdaşlığı, müxtəlifliyi və inklüziv yanaşmanı dəstəkləyib. İnanırıq ki, şəhərlərin inkişafı yalnız infrastrukturla deyil, ortaq dəyərlərlə mümkündür.

Şəhərsalma ilə bağlı daha dərin müzakirələr aparılacaq. Əsas diqqət 2030-cu il üçün yeni şəhər gündəliyinin hazırlanmasına yönələcək. Biz istəyirik ki, hər kəs üçün yaşamaq, inkişaf etmək və təhlükəsiz şəkildə fəaliyyət göstərmək mümkün olsun. Pavilyonun açılışında iştirakına görə hər kəsə, Mexikonun Azərbaycandakı səfiri Viktoriya Romeroya təşəkkürümü bildirirəm".