BAKI, 18 may. TELEQRAF
"Keniya son üç ildə 273 min mənzilin tikintisi prosesini başladıb. 8 min mənzilin açarı artıq sahiblərinə təqdim olunub. Bu ilin sonuna qədər daha 55 min mənzilin açarı təqdim ediləcək".
Teleqraf xəbər verir ki, bu barədə Keniyanın Prezidenti Vilyam Ruto Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində deyib.
O qeyd edib ki, ölkədə hazırda 700 min mənzillik layihə portfeli mövcuddur:
“Əminliklə deyə bilərəm ki, bu gün Keniyada Afrika qitəsinin ən böyük mənzil proqramı həyata keçirilir”.