BAKI, 17 may. TELEQRAF
Dünya Şəhərsalma Forumunda əsas mövzu dünyada mənzil təminatıdır.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) keçmiş icraçı direktoru Maymuna Mohd Şarif jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mənzil təminatı təkcə sığınacaq deyil, həm də insanların ləyaqətidir və bu sahə mənzil qiymətlərinin münasib olması, əlçatanlıq və adekvatlıq prinsiplərinə əsaslanmalıdır.
M.M.Şərif vurğulayıb ki, mənzillərin iş yerlərindən uzaq olması karbon tullantılarını artırır, bu səbəbdən mənzil siyasəti təhsil, iqtisadiyyat və iqlim dəyişikliyi ilə birgə nəzərə alınmalıdır.