Təhsil naziri Mikayıl Cabbarov noyabrın 30-da saat 11.00-da Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Beyləqan, Füzuli, Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar noyabrın 24, 25, 26 və 27-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.