Ötən ilin noyabrından başlayaraq məktəb direktorlarının təlim kursu keçirilib. Təlimlərdə iştirak üçün 8 yüz direktor müraciət edib.

Birinci mərhələdə 200 nəfərin ərizəsi qəbul edilib,172-i nəfər imtahanda iştirak edib, 53 nəfər təlimdə iştirak edib.Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayev məlumat verib.

Sektor müdiri bildirib ki, təlimlərdə təhsil hüququ, kurrikuliumla bağlı məlumatlar verilib.

Həmçinin seminarlarda iştirak edən 52 nəfər yekun qiymətləndirmədə iştirak edib, uğurlu nəticə göstərənlər sertifikatla təmin edilib. Bundan sonra rəhbər vəzifələrdə çalışmaq üçün bu imtahanda uğurla iştirak edən şəxslərə imkan veriləcək. İmtahan nəticələri bu həftə sonunda elan ediləcək.