BAKI, 25 may. TELEQRAF

“Dil müstəqil dövlətin nəfəsidir. Qrammatika ilə bağlı kifayət qədər əsərlər var, üslubiyyatımız da inkişaf edib. Bəs çatmayan nədir? Biz nə qədər "etməliyik, etməliyik" deyəcəyik? Çatmayan praktik dilçilikdir. Biz hər şeydən danışırıq. Artıq Dilçilik İnstitutunda bu proses başlayıb. Tədqiqat obyektimizi də dəyişməliyik”.

Teleqraf xəbər verir ki, bu sözləri Nəsimi adına Dilçilik İnstitunun direktoru Nadir Məmmədli “Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransında bildirib.

O vurğulayıb ki, Azərbaycan dilinin rəqəmsallaşdırılmasında problem var:

“Milli alqoritmlər yoxdur, hələ ingilis dilindən istifadə olunur, bizim üçün ciddi problemdir. Bizim etnoqrafiya lüğətimiz də, etimoloji lüğətimiz də yoxdur. Dilçilərimizi səfərbər etməliyik. Normativ bazanı inkişaf etdirməliyik. Terminoloji bazada isə müəyyən boşluqlar mövcuddur.Bizim günahımız deyil ki, dilimizə ərəb, fars sözləri keçib. Ancaq dilin gücünə bax ki, ərəb, fars, rus dillərini əridə bilib. Dialektologiya ədəbi dil üçün baza rolunu oynayır. Dil canlı orqanizimdir, ona çox təsir etmək mümkün olmur”.