BAKI, 5 sentyabr. TELEQRAF
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə təşkil olunan və iki gün davam edən qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə keçirilib.
Qeyd edilib ki, qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.