BAKI, 4 sentyabr. TELEQRAF
İyunun 25-də xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanında müvəffəqiyyət əldə edən şəxslərin şəhadətnamələrinin verilməsinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanından uğur qazanaraq şəhadətnamə əldə etmiş şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə DİM-in Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.
Qeyd edilib ki, şəhadətnaməni DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək üçün [email protected] elektron poçt ünvanına müraciət edilməli və ərizəyə şəxsiyyəti təsdiq edən sənədin surəti də əlavə edilməlidir.