BAKI, 31 avqust. TELEQRAF
Azərbaycanda cari ilin 8 ayı ərzində 12 erkən evlilik halının qarşısı alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, hesabat dövründə quruma yetkinlik yaşına çatmayanların erkən evliliyə cəlb edilməsi ilə bağlı ümumilikdə 15 müraciət daxil olub.
Onlardan 12-si üzrə qanunsuz nikah cəhdinin qarşısı vaxtında alınıb.
Dövlət Komitəsindən həmçinin xatırladılıb ki, azyaşlıların erkən evliliyə məcbur edilməsi qanunvericiliyə əsasən Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə ciddi məsuliyyət və cəza tədbirləri yaradır.