BAKI, 25 avqust. TELEQRAF

Azərbaycanda 18 yaşadək uşaqlar arasında anemiya, yod və A vitamini çatışmazlığı, həmçinin boyatmanın ləngiməsi ilə bağlı son statistik məlumatlar açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış anemiya (qan azlığı) xəstəsi olan uşaqların sayı 20 min 416 nəfər olub.

Qeyd edilib ki, ilk dəfə qoyulmuş diaqnozla 256 uşaqda yod çatışmazlığı, 132 uşaqda A vitamini çatışmazlığı, 510 uşaqda isə boyatmanın ləngiməsi və ümumi zəiflik halları qeydə alınıb.