BAKI, 25 avqust. TELEQRAF
Azərbaycanda rəsmi qeydə alınmış nikahların ümumi sayı və 18 yaşadək evlənənlərin statistikası açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi hesabatında qeyd olunub.
Bildirilib ki, ötən il ölkə üzrə ümumi nikahların sayı 48 min 546 olub. 2024-cü ildə isə bu rəqəm 49 min 508 təşkil edib. Beləliklə, ümumi evlənənlərin sayında 962 nəfərlik azalma qeydə alınıb.
Hesabatda həmçinin qeyd olunub ki, ötən il rəsmi nikaha daxil olan 18 yaşadək bəylərin sayı cəmi 1 nəfər, gəlinlərin sayı isə 116 nəfər olub. 2024-cü ildə 18 yaşadək ailə quran gəlinlərin sayı 185 nəfər olduğu halda, həmin yaşda evlənən bəy qeydə alınmayıb.
Qeyd edək ki, 2024-cü ilin iyununda Ailə Məcəlləsinə edilən son dəyişikliklə, müstəsna hallarda nikah yaşının 1 il azaldılması istisnası da tamamilə ləğv olunub.