BAKI, 25 avqust. TELEQRAF

Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən il (2025-ci ildə) qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı 11 min 626 nəfər təşkil edib.

Vurğulanıb ki, 2024-cü ildə bu göstərici 13 min 228 olub. Beləliklə, cəmi bir il ərzində rəsmi nikahdan kənar doğulan uşaqların sayında 1 602 nəfərlik azalma qeydə alınıb.