BAKI, 14 avqust. TELEQRAF
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışına yekun vurulub.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 9 dövlət qurumundan 23 əməkdaş (13 kişi və 10 qadın) şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşı kapitan Özcan Kərimov kişilər arasında 10 metrlik məsafədən hədəfi düzgün nişan alaraq yarışın bürünc medalına sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.