BAKI, 22 iyul. TELEQRAF
Oğuz rayon Aqrar İnkişaf Mərkəzində rayon Su Meliorasiya sistemlərinin istismar idarəsi, kənd və şəhər bələdiyyə rəhbərləri, icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın məhdud su ehtiyatlarından səmərəli istifadə və alternativ mənbələrdən istifadənin təşviqi” layihəsi çərçivəsində tədbir keçirib.
Tədbiri təşkilatın sədri Sadiq Həsənov açdı və layihənin su problemləri ilə bağlı olduğunu bildirib.
O qeyd edib ki, su ehtiyatları dünya üzrə çox azdır, baxmayaraq ki, yer kürəsinin 70%-i su ilə örtülüdür, bu suların cəmi 3,5% içməli su kimi istifadə olunur: " Bu da əsasən çaylar, göllərdə formalaşır. Azərbaycanda bu ehtiyatlar daha azdır və Cənubi Qafqazda ən az su ehtiyatına, cəmi 28% malikdir. Bu ehtiyat Gürcüstanda 85%, Ermənistanda 82% təşkil edir. Oğuz rayonu digər rayonlarla müqayisədə daha çox su ehtiyatına malikdir, burada həm yeraltı həmdə yerüstü su ehtiyatları var. Bu rayon turizm üçün münasib bir yerdə Böyük Qafqaz sıra dağının aşağı hissəsində yerləşir. Ərazi dağ çayları ilə çox zəngindir. Əsas su mənbələri Türyan, Əlican, Əyri, Nəzər, Ağ, Xalxal və Daşağıl çaylarıdır. Suvarma və içməli su təchizatını yaxşılaşdırmaq üçün son illərdə onlarla subartezian quyusu qazılmışdır. Rayonda aqrar sektoru texnika ilə təmin etmək üçün "Aqrolizinq" xidmətləri fəaliyyət göstərir. Torpaqların 36,5%-ə qədəri kənd təsərrüfatına yararlıdır. Rayonda 16.000 - 17.000 hektar arası sahədə payızlıq taxıl (buğda, arpa) əkilir. Ənənəvi olaraq fındıqçılıq, alma, armud və qoz bağları geniş yayılıb. Tütünçülük və baramaçılıq da rayonun əsas kənd təsərrüfatı istiqamətlərindəndir".
S.Həsənov davam edərək bildirin ki, ölkə üzrə qəbul edilən dövlət proqramında (2026-2030) əkin sahələrinin müasir suvarma sistemləri və qurğularının tətbiqi gözlənilir: "Təxminən 310 min ha ərazinin müasir suvarma ilə təchizatı gözlənilir. Kənd təsərrüfatı üzrə suvarılan əkin sahələrinin ümumilikdə təxminən 10 faizində müasir suvarma sistemləri (damcı, yağmurlama və pivot(mərkəzi oxlu suvarma) qurulub. Damcı suvarma xüsusilə intensiv meyvə və tərəvəzçilikdə geniş tətbiq olunur, qalan əkin sahələrində isə əsasən ənənəvi (səthi) suvarma üsulları üstünlük təşkil edir". S.Həsənov çıxışında su istifadəsi və qənaəti ilə bağlı geniş məlumatı iştirakçılara təqdim etdi.
Sincan kənd İcra nümayəndəsi Azər Kərimov kəndin su təsərrüfatı barədə məlumat verərək bildirdi ki, kənddə su çatışmazlığı bəzən olur, çünki burada əsasən artezian quyularından istifadə olunur və yay aylarında əkinin suvarılması və meyvəçiliyin inkişafı zamanı bəzi kəndlərdə su çatışmazlığından qismən əziyyət çəkirlər. Ayr-ayrı vaxtlarda Sincan kəndidə su çatışmazlığı problemi yaşanır. Qumlaq kənd İcra nümayəndəsi Nihad Şirinov çıxış edərək bildirdi ki, Qumlaq kəndində cəmi 7 artezian quyusu var onlardan 2 artezian quyusu QHT-lər tərəfindən inşa olunub və əhali içməli su kimi həmin sudan istifadə edirlər. Suvarma üçün mərkəzləşmiş boru xətləri ilə su verilir həm dövlət tərəfindən həmdə nümayəndəsi Oğuz SMSİİ-nin nümayəndəsi Şəhriyar Rəsulov çıxış edərək qeyd etdi ki, rayonda su bölgüsünə və təminatına daim nəzarət edilir. Su çatışmayan kəndlərə su əlavə olaraq verilərək köməklik olunur. Baş Daşağıl kəndindən Tapdıq Məmmədov çıxış edərək bildirdi ki, kəndlərdə su çatışmazlığı bəzən olur xüsusilə yay aylarında suyu çox az verirlər.
Tədbir müzakirə və təkliflərlə davam edib.