BAKI, 16 iyul. TELEQRAF

Cari ilin yanvar-iyun ayları ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 504 vahid artaraq 2 milyon 261 mini ötüb.

Bu barədə Teleqraf -a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 6 min vahiddən, fiziki şəxslər üzrə 37 min vahiddən, torpaq mülkiyyətçiləri üzrə isə 2 min vahiddən çox artıb.