BAKI, 16 iyul. TELEQRAF

Bu gün Şükürbəyli kəndinə yola salınan köç karvanı mənzil başına çatıb.

Teleqraf xəbər verir ki, bu mərhələdə kəndə 9 ailə - 52 nəfər köçürülüb.

***

09:37

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu mərhələdə kəndə 9 ailə - 52 nəfər köçürülüb.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.