BAKI, 8 iyun. TELEQRAF

8-10 iyun tarixlərində güclü geomaqnit qasırğası gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, günəş küləyinin 6 iyunda baş vermiş TKA-nın təsirilə 8-9 iyunda normadan yüksək olacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5–85%, orta geomaqnit enliklərdə isə 15-50%-dir.