BAKI, 6 iyun. TELEQRAF

Türkiyənin İstanbul şəhərində meşəlik ərazilərə giriş və ərazidə od qalamaq qadağan edilib.

Teleqraf xəbər verir ki, İstanbul valiliyi şəhər üzrə meşə yanğınlarının qarşısının alınması məqsədilə yeni məhdudiyyətlər tətbiq edib.

Valiliyin yaydığı açıqlamaya əsasən, bu il iyunun 8-dən oktyabrın 15-dək İstanbulun bütün meşəlik ərazilərinə giriş, həmçinin orada manqal yandırılması, qaz balonundan istifadə, qəlyan çəkilməsi və digər səbəblərlə od qalamaq yasaqlanıb.

Bununla yanaşı, İstanbulda müəyyən edilmiş piknik və istirahət zonalarında hər hansı əlavə məhdudiyyət tətbiq edilməyib.