BAKI, 13 may. TELEQRAF
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Rəhimov Erkin Xəyyam oğlu, Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə Qəhrəmanova Dinar İlqar qızı, Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Fərəh Afad qızı Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə isə Tibb üzrə fəlsəfə doktoru Əhmədova Rəxşəndə Mənsur qızı təyin olunub.