BAKI, 4 may. TELEQRAF

TƏBİB rəhbərliyində yeni təyinatlar olub.

Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Muxtarzadə Ramil Səfər oğlu, Cəmilova Töhfə Ramiz qızı, Rzayev Bahadur Məhərrəm oğlu TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.

"Ramil Muxtarzadə 2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Töhfə Cəmilova 2017–2025-ci illərdə Azərbaycanda, eləcə də Koreya Xalq Demokratik Respublikası, Tacikistan və Türkmənistanda səhiyyə və qidalanma sahəsində müxtəlif beynəlxalq proqramların rəhbəri vəzifəsində çalışıb. 2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bahadur Rzayev 2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib.