BAKI, 28 aprel. TELEQRAF

Ayın 8-də Xəzərin cənubunda baş verən zəlzələnin 70 km-ə qədər dərinliyi var idi və həmin parçalanma istər-istəməz laylar arasında müəyyən pozuntular, parçalanmalar əmələ gətirib.

Bunu Teleqraf-ın sualına cavab olaraq RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda Respublika Elmi Konfransında deyib.

O bildirib ki, həmin ocaqda qırılma boyu afterşokların baş vermə ehtimalı var.

"Bu parçalanma tektonik qırılma boyu gedir. Yerin daxilində dinamik hərəkətlər var və hərəkətlər nəticəsində belə xırda afterşoklar baş verir. Bu, bir müddət də baş verəcək, amma hiss olunan deyil. Təlaşa düşməyə ehtiyac yoxdur", - o vurğulayıb.

Q. Yetirmişli Xəzər dənizində tez-tez zəlzələ olmasının yerin daxilində gedən proseslərlə əlaqəli olduğunu deyib:

"Zəlzələ ən çox Xəzərin cənubunda olub".