BAKI, 15 aprel. TELEQRAF
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilib.
Teleqraf-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanda öz əksini tapıb.
Qanuna edilən dəyişikliyə əsasən, uşaqlar üçün keçirilən tədbirlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağan olunub.