Xocavənd, 11 aprel. TELEQRAF
Xocavənd rayonunun Xanoba kəndində yaşayan balaca Ayazın arzusu reallığa çevrilib.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Prezident İlham Əliyev martın 17-də kənd sakinləri ilə görüş zamanı Ayazla da söhbət edib. Səmimi dialoq zamanı Ayaz ölkə başçısından “KamAZ” markalı yük avtomobili istədiyini bildirib.
Qısa müddət sonra Prezident Ayazın arzusunu yerinə yetirib. Ayazın yaşadığı ünvana “KamAZ” markalı yük avtomobili göndərib.