BAKI, 28 aprel. TELEQRAF
Bu gün yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
.jpg)
.jpg)
***
14:47
Bu gün Bakının "Qobu Park" yaşayış kompleksindən yola salınan növbəti köç karvanları Xocavənd şəhərinə, Xanoba kəndinə çatıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 176 nəfər, Xanoba kəndinə isə 60 nəfər köçürülüb.
Ailələrə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
.jpg)
.jpg)
.jpg)
***
06:53
Bu gün Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç olub.
Teleqraf xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 39 ailə - 176 nəfər, Qırmızı Bazar qəsəbəsinə 16 ailə - 63 nəfər, Xanoba kəndinə isə 13 ailə - 60 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.