BAKI, 9 aprel. TELEQRAF
2026-cı ilin I rübü ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ümumilikdə 367 qərar qəbul edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq DMX-dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin I rübü ərzində 154 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.