BAKI, 9 aprel. TELEQRAF
Cari ilin ilk 3 ayı ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 16712, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 1279 müraciət daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 2401 müraciət daxil olub.