BAKI, 8 aprel. TELEQRAF
İnsanlar plastik cərrahiyyə ilə bağlı bir müdaxilə etdirmək istədikdə çox araşdırsınlar, həkimə çox sual versinlər.
Teleqraf xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov deyib.
O bildirib ki, araşdırmadan xüsusilə, sosial mediada gördükləri hər mərkəzə inanıb üz tutmasınlar.
"Psixoloji problemlər olduqda bu cərrahiyyədən uzaq dursunlar. Çünki bəzən bir kompleksin səbəbi sadəcə psixoloji olur. Səhiyyəmiz inanılmaz inkişaf edib, buna inansınlar. Bu gün bizə Argentinadan müraciət edən insanlar da var. Bir çox ölkədən öndəyik. Səhiyyəmiz daha da inkişaf edəcək", - o vurğulayıb.