BAKI, 8 aprel. TELEQRAF

"Ölkəmizdə estetik cərrahiyyə əməliyyatlarından ən çox müraciət edilən əməliyyatlar rinoplastika - burun əməliyyatlarıdır".

Teleqraf xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Baş həkimi Dilqəm Məmmədov deyib.

O bildirib ki, sıx müraciət edilən əməliyyatlardan biri də süd vəzi əməliyyatlarıdır.

“3-cü sırada isə bədən şəkilləndirmə əməliyyatı qərarlaşır. Qarın əməliyyatları 4-cü sıradadır.

Rekonstruktiv əməliyyatlarda isə birinci sıranı əl ilə bağlı cərrahiyyə əməliyyatları tutub. Bunun da səbəbi iş yerlərində qəza nəticəsində yaranan problemlərdir”, - həkim vurğulayıb.

O əlavə edib ki, həyati təhlükə yaradacaq tibbi müdaxilələr edilməyəcək və edənlərin də qarşısı alınacaq:

"Həkimlər olaraq tək məqsədimiz xalqa xidmət etməkdir. Xaricdə ola biləcək A-dan Z-ə bütün cərrahi müdaxilələri ölkəmizə gətirmək əsas məqsədlərdən biridir".