BAKI, 8 aprel. TELEQRAF

Cari ilin ilk 3 ayında 28 valideyn himayəsindən məhrum olmuş uşaq ailə himayəsinə qaytarılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 13-ü oğlan, 15-i isə qızdır.

"Eyni zamanda həyata keçirilən profilaktik sosial iş və ailələrə fərdi yanaşma nəticəsində 74 uşağın ailəsindən ayrılaraq müəssisələrə düşməsinin qarşısı alınıb. Bu uşaqlardan 30-u oğlan, 44-ü qızdır", - məlumatda qeyd olunub.