BAKI, 6 aprel. TELEQRAF
2026-cı ilin ilk üç ayı ərzində “HALAL” uyğunluq sertifikatı almaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) 2 müəssisə tərəfindən rəsmi müraciət daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTİ-dən məlumat verilib.
Bildirilib ki, hazırda müraciətə uyğun müvafiq prosedurlar görülməkdədir.
"Müraciət etmiş müəssisələr iribuynuzlu heyvanların kəsimi və qanadlı heyvanların kəsimi və emalı ilə bağlı fəaliyyət göstərir", - məlumatda qeyd olunub.