BAKI, 27 fevral. TELEQRAF

"Dünyada urbanizasiya sürətlə artır və müəyyən dəyişikliklər fonunda şəhərlər çox ciddi çağırışlarla üzləşir".

Teleqraf xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva forumun hazırlıq prosesinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, buna görə yaşayış məskənlərinin təhlükəsiz olması zəruridir.

"WUF13 məhz buna xidmət edəcək. Forumda dünya təcrübələri bölüşüləcək və bundan Azərbaycanın necə bəhrələnə bilməsi kimi mövzular müzakirə olunacaq.

İnanırıq ki, çox faydalı forum olacaq. İnsanların şəhərsalmaya yanaşmasını dəyişməkdə, şəhər mühitində davranışların formalaşmasında medianın çox böyük rolu var", - o vurğulayıb.