BAKI, 26 fevral. TELEQRAF

Sabiq deputat Jalə Əhmədovanın cərimələnməsi ilə bağlı daha əvvəl dərc etdiyimiz məlumatla əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidməti redaksiyamıza rəsmi açıqlama təqdim edib və məlumatın əsassız olduğu bildirilib.

Teleqraf xəbər verir ki, qurumun bildirdiyinə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədovaya hər hansı inzibati cərimə tətbiq olunması barədə yayılan məlumat əsassızdır. Açıqlamada qeyd edilir ki, “İDDO Psixi Sağlamlıq Proqramı” ictimai birlik deyil, müddətli proqram kimi fəaliyyət göstərir və həmin proqramla bağlı inzibati qaydada cərimə tətbiq edilməyib.

Dəqiqləşdirmə xarakterli rəsmi mövqeni nəzərə alaraq bildiririk ki, əvvəlki məlumatda yer alan məqamlar təsdiqini tapmayıb.

Məsələ ilə bağlı təqdim olunan rəsmi açıqlamanı oxucularımıza çatdırırıq və məlumatın bütün tərəflərinin işıqlandırılmasını zəruri hesab edirik.