BAKI, 26 fevral. TELEQRAF
Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəlilabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.