BAKI, 26 fevral. TELEQRAF

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və prokurorluq orqanlarının əməkdaşları Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.