BAKI, 26 fevral. TELEQRAF

Özəl klinikalarda onkoloji xidmətlərin göstərilməsi üçün xüsusi və çox ciddi tələblər hazırlanıb.

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

"Yalnız yüksək tələblərə cavab verən müəssisələrə bu xidməti göstərməyə icazə veriləcək", - nazir əlavə edib.