BAKI, 25 fevral. TELEQRAF
Bayram ərəfəsində uşaqlığımızı, gəncliyimizi keçirdiyimiz doğma kəndə qayıtmağın sevinci ayrıdır.
Teleqraf xəbər verir ki, bunu Cəbrayılın Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Məhluqə İsmayılova deyib.
Kəndi tez-tez yuxularında gördüyünü deyən M.İsmayılova bu gün doğma yurda qızı və nəvəsiylə qayıdır: "Bizə bu gözəl günləri yaşadan Prezidentimiz İlham Əliyevə, qazilərimizə Allahdan can sağlığı diləyirəm. Allah vətən yolunda canından keçən şəhidlərimizə isə rəhmət eləsin".