BAKI, 23 fevral. TELEQRAF
Salyanda iki ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bunlar Salyan rayonunun Dayıkənd kəndində fəaliyyət göstərən “Gölüstü” restoranı və Qaraçala qəsəbəsi, Arxarası kəndində fəaliyyət göstərən “Çinar” kafesi olub.
"Yoxlama zamanı ictimai iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. “Gölüstü” restoranında qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan qida məhsullarının satışa çıxarıldığı da məlum olub. “Çinar” kafesində isə qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.
Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək obyektlərdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.