BAKI, 22 fevral. TELEQRAF

Vəkillər Kollegiyasının üzvü Əfqan Məmmədov vəfat edib.

Teleqraf-ın xəbərinə görə, bu barədə onun yaxın dostları sosial şəbəkədə məlumat yayıblar.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra bu gecə dünyasını dəyişib.

Ə.Məmmədov 19 il müddətdə Vəkillər Kollegiyasının üzvü olub.