BAKI, 17 fevral. TELEQRAF
Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində fəaliyyət göstərən çörək istehsalı sexində yoxlama keçirib.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, sex sahibkar Əkbərov Etibar Müzəffər oğluna məxsus olub.
"Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmur, həmçinin çörək məhsullarında etiketlənmə aparılmır.
Sahibkar barəsində inzibati protokol tərtib edilib, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.