BAKI, 17 fevral. TELEQRAF

Bu gün saat 13:56-da ilin ilk Günəş tutulması başlayıb.

Teleqraf xəbər verir ki, halqalı tutulma hadisəsi 18:27-də başa çatacaq.

Qeyd edək ki, bu günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq.

***

10:49

Bu gün ilin ilk Günəş tutulması baş verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu, halqalı Günəş tutulması olacaq.

Tutulma saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq.

Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

Bu günəş tutulması Azərbaycandan müşahidə olunmayacaq.