BAKI, 13 fevral. TELEQRAF

Naxçıvan Muxtar Respublikasında 10 uşaq əməyinin istismarının qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bunu Naxçıvan MR-nın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Komitənin 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında deyib.

O bildirib ki, bununla bağlı Babək rayonu üzrə 9, Kəngərli rayonu üzrə 1 fakt qeyd alınıb. Həmin uşaqların dərsə davamiyyətləri nəzarətə götürülüb", - o vurğulayıb.