BAKI, 27 yanvar. TELEQRAF
2025-ci ildə 18 mindən çox vətəndaş peşə hazırlığına cəlb olunub.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, peşə hazırlığına cəlb olunanların böyük əksəriyyəti xanımlar olub.
"Xanımların 11 mindən çox olub. Prioritet olaraq 175 peşə seçilib. Peşələrin sayında və seçimində təkmilləşdirmələr aparılacaq", - o vurğulayıb.