BAKI, 23 yanvar. TELEQRAF

2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsünə görə, 23,47 % informasiya və analitik proqramlar, 16,33 % musiqi və əyləncəli proqramlar, 15,90 % idman proqramları, 13,45 % bədii filmlər və seriallar, 10,90 % reklam məzmunlu materiallar yer alıb.

Mədəni-maarif janrında proqramlar 8,04 %, anonslar, elanlar 3,82 %, sosial yönümlü proqramlar 2,93 %, sənədli film və materiallar 2,89 %, sosial çarxlar 1,17 %, uşaq proqramları və cizgi filmləri isə 1,10 % olub.