BAKI, 22 yanvar. TELEQRAF
Xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb.
Teleqraf xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 36-sı qrup halında olan bu hadisələr nəticəsində 75 nəfər vəfat edib.
"605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub", - o əlavə edib.