BAKI, 21 yanvar. TELEQRAF

“Oliva beauty style”ın fəaliyyət göstərdiyi klinikanın əşyaları müsadirə olunub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət Bakının Əhməd Cavad 76 ünvanında yerləşən obyektin əşyalarından gedir.

Qeyd edək ki, “Oliva beauty style”ın direktoru, həkim kosmetoloq Gülarə Zeynalovadır. Əşyaların hansı səbəbdən hərraca çıxarıldığı bəlli deyil.

Hərraca çıxarılan əşyalar arasında mebel dəstləri, məişət avadanlığı, eyni zamanda tibbi cihazlar var. Müsadirə olunan əşyaların ümumi dəyəri 100 min manat civarındadır.

Onu da bildirək ki, hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir.

Məsələ ilə bağlı Gülarə Zeynalova Teleqraf-la əlaqə saxlayaraq bildirib ki, sözügedən obyektdə icarə əsasında fəaliyyət göstərir: "Obyekt mənim deyil. Mən sadəcə, icarə əsasında burada fəaliyyət göstərirəm. Bildiyim qədəri ilə əmlaklar ailə münaqişəsi məsələsi ilə bağlı hərraca çıxarılıb".