BAKI, 15 yanvar. TELEQRAF

İndoneziyanın Universitas Muhammadiyah Purwokerto (UMP) ali təhsil müəssisəsi 2026-2027-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində beynəlxalq tələbələr üçün təqaüd proqramı elan edir.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqaüd proqramına müraciət üçün son qeydiyyat tarixi: 31 yanvar 2026-cı il.

Proqramın şərtləri, tələb olunan sənədlər və müraciət qaydaları ilə bağlı ətraflı məlumat aşağıdakı keçidlərdə təqdim olunur:

https://international.ump.ac.id/knb-scholarship/ https://knb.kemdiktisaintek.go.id/