BAKI, 30 dekabr. TELEQRAF

Bu il işğaldan azad edilmiş ərazilərdə 21 ümumi təhsil müəssisəsi, 14 məktəbəqədər təhsil müəssisəsi tikilib.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, fəaliyyət göstərən 20 ümumi təhsil müəssisəsində 3902 şagird təhsil alır və 370 nəfər təhsilverən, 131 nəfər texniki işçi çalışır.

Fəaliyyət göstərən 7 məktəbəqədər təhsil müəssisəsində 270 uşaq təhsil alır və 25 nəfər təhsilverən, 58 nəfər texniki işçi çalışır.