BAKI, 30 dekabr. TELEQRAF

2025-ci il ərzində 72 peşə ixtisas dərsliyi hazırlanıb və ümumilikdə 35 000 nüsxə dərslik çap olunub.

Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, dərsliklərin məzmunu tədris ehtiyaclarına uyğun olaraq sistemləşdirilib və istifadəyə hazır vəziyyətə gətirilib.

Yerli dərsliklərin 10 000, tərcümə edilmiş dərsliklərin isə 25 000 nüsxə tirajı təhsil müəssisələrinin dərslik təminatını tam şəkildə əhatə edir. Dərsliklərin 38-i yerli mütəxəssislər, 34-ü isə beynəlxalq mənbələr əsasında tərtib edilib. Bu balans həm yerli reallıqların, həm də beynəlxalq təcrübənin nəzərə alınmasına imkan verir.

Dərsliklər tikinti, sənaye, kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyalarını əhatə edir.