BAKI, 30 dekabr. TELEQRAF

Hazırda Günəş aktivliyi orta səviyyədədir.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq.

"Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş tac kütlə atılması müşahidə edilməyib. Digər sinif alışmaların olma ehtimalı çox azdır.

Geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı dekabrın 31-i, yanvarın 1-7-də aşağı səviyyədə - 1-4 intervalında olacaq. Bu da geomaqnit sahənin fon səviyyəsində olacağını göstərir",- məlumatda qeyd olunub.